Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:32

«Petrol Ofisi A.Ş.»nin yanacaqdoldurma şəbəkəsi 1 milyard 368 milyon avroya Hollandiyanın enerji şirkəti «Vitol Group»a aid olan «Vitol Investment Partnership»ə satılacaq.

«Petrol Ofisi A.Ş.» Avstriyanın «OMV» enerji şirkətinin Türkiyədəki törəməsi idi.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də bu qurumu almaqda maraqlı idi.

SOCAR-dan başqa, «Saudi Aramco» da iddiaçılar arasında idi.

SOCAR-a yanacaqdoldurma məntəqəsi STAR neft emalı zavodu ilə inteqrasiyadan ötrü lazımdır. Türkiyənin İzmir şəhərində yerləşən zavod 2018-ci ildə istismara veriləcək.

«Petrol Ofisi» 2 minədək yanacaqdoldurma stansiyası, bir yağ fabriki, 11 maye yanacaq, 3 LPG dolum terminalı, 19 aerodrom modulu və 1.17 milyon kubmetrdən çox saxlama tutumu ilə fəaliyyət göstərərək, Türkiyənin maye yanacaq sektorunda ən böyük ikinci özəl şirkətidir.

Bundan öncə «SOCAR Türkiye Enerji A.Ş.»nin baş icraçı direktoru Zaur Qəhrəmanov «Petrol Ofisi»nin ən uyğun variant olduğunu dilə gətirmişdi. «Təbii ki, dəyərləndirmələrimiz davam edir. «Petrol Ofisi»nin alışı baş tutmazsa, şirkətin B və C planı da var. Başqa şirkətlərin satın alınması və sıfırdan bir şirkətin qurulması baş tuta bilər»,-deyə o qeyd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG