Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:47

Avropa Parlamenti ABŞ vətəndaşlarına qarşı viza rejimi tətbiq etməyə çağırıb


Foto arxiv

Avropa Parlamenti bildirib ki, ABŞ 5 Avropa Birliyi ölkəsinin vətəndaşlarından viza tələb etdiyinə görə Avropa Birliyi ABŞ vətəndaşlarına qarşı vizasız i ləğv edilməlidir.

Bu barədə martın 2-də BBC məlumat yayıb.

Qeyd edək ki, Bolqarıstan,Xorvatiya,Kipr,Polşa və Rumınya vətəndaşlarının hazırda ABŞ-agetmələri üçün viza tələb olunur.

Avropa Parlamenti martın 2-də ABŞ vətəndaşlarına qarşı viza rejimi tətbiq edilməsini nəzərdə tutan qətnamə qəbul edib.

Qətnamənin icrası məcburi deyil və üzv ölkələrin bunu təsdiqləməsi illərlə vaxt apara bilər.

Amma sənəddə tezliklə ABŞ-qa qarşı yeni viza qaydaları tətbiq edilmsi və ABŞ-ın viza tələbi qaldırılmayınca onun qalması nəzərdə tutulur.

Avropa Parlamentinin bəyanatında deyilir ki, Avropa Komissiyası qanunla qarşılıqlı viza siyasətinə görə yeni müvəqqəti viza qaydaları tətbiq etməlidir.

Bəyanatda bildirilir ki, Kanada daBolqarıstan və Rumınya vətəndaşlarından hazırda viza tələb edir, amma bu ölkə dekabrda bu tələbin ləğv olunacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG