Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:34

Əfv komissiyası 140 müraciəti araşdırıb


Əfv (arxiv fotosu).

Bu gün, martın 2-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Turan” Agentliyinin xəbərinə görə, iclasda əfv edilməsini istəyən 140 məhbusun müraciətinə baxılıb. Komissiya üzvləri baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verib.

Xəbərdə qeyd edilir ki, bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 487-yə çatıb.

Buna da bax:​ Əfv komissiyası yenə toplaşıb

Komissiyaya göndərilən müraciətlərin ümumi sayı isə 800-dən artıqdır.

Komissiyanın qarşıdakı günlərdə yenidən toplanacağı bildirilir.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə iki gün əvvəl - fevralın 28-də toplaşmışdı.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.

Buna da bax: 27 siyasi məhbusun adı əfv komissiyasına verilib

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva isə Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

Hüquq müdafiə təşkilatları ümumilikdə ölkədə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG