Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:34

Ermənistanın pilotsuz uçuş aparatının vurulduğu bildirilir


Cəbhə xəttində vurulub salınmış pilotsuz uçuş aparatı.

Martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu deyilir.

Bu barədə Müdafiə nazirliyi xəbər yayıb.

Buna da bax:​ Döyüşlərin qızışacağı haqda proqnozlar özünü doğruldur? [video]

“Mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatını (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz vaxtında aşkar edərək atəşlə məhv ediblər” - deyə məlumatda qeyd edilir..

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax:​ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatı vurduğunu deyir

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Bu il fevralın 24-dən isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG