Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:56

'Qara siyahı'ya 4 nəfər əlavə edildi


İŞİD (arxiv fotosu)/

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin bu il fevralın 22-də qəbul edilmiş qərarlarına uyğun ümumi siyahını yeniləyib.

MBNP-dən verilən xəbərə görə, 4 nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxslər Bassam Əhməd Əl-Həsri, İyad Nəzmi Salih Xəlil, Qalib Abdullah Əl-Zahidi Nayif Salih Səlim Əl-Qaysidir.

Buna da bax:​ BBQ: '...Qarabağda döyüşlər qızışa bilər'

Bu, “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan qanunvericiliyinə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası” ilə izah edilib.

Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Buna da bax: Bir nəfər 'qara siyahı'dan çıxarıldı

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG