Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:20

Hokkeyçilər prezident Vladimir Putindən kömək dilədilər


Vladimir Putin

Rusiyanın “Yenisey” buzüstü topla hokkey komandasının oyunçuları bu günlərdə keçirilən görüşlərdən birində vurulan 20 “avtoqol”dan sonra prezident Vladimir Putinə müraciət ediblər.

Krosnayarsk klubunun oyunçuları prezidenti Rusiya hokkeyini xilas etməyə çağırıblar.

“Bizim idman üçün bu gün belə bir çətin vaxtda kənarda qala bilmərik. Bir neçə mövsümdür ki, Rusiya çempionatları və kubok görüşlərində bir hokkeyçi kimi ədalətli oyun prinsipi görmürük.

Hörmətli Vladimir Vladimiroviç,bizə kömək edin, bizim Rusiya hokkeyini xilas edin”, deyə müraciətdə bildirilir.

Müraciətdə xüsusilə Arxangelsin “Vodnik” klubunun adı çıəkilir.

Xatırladaq ki, fevralın 26-da “Baykal-Energiya” və “Vodnik” klubları arasında keçirilən görüşdə komandalar ümumilikdə öz qapılarına 20 qol vurublar və görüş 11:9 hesabı ilə “Baykal-Enerqiya”nın xeyrinə qurtarıb.

Məsələ bunda imiş ki, belə bir hesab hər iki komandanı qane edirmiş, rəqiblər pley-ofda daha asan komandalarla görüşmək istəyirmişlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG