Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:13

İlham Əliyev Müşfiqin abidəsinin sökülməsindən narahat olub


Müşfiqin abidəsinin yeri.

Prezident İlham Əliyev şair Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub.

Ölkə başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.

AZƏRTAC-ın xəbərinə görə, bu haqda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Buna da bax:​ Mikayıl Müşfiqin büstü götürülüb

Əli Həsənov İlham Əliyevin prezidentliyi dövründə onlarla tarixi və mədəniyyət abidəsinin əsaslı bərpa olunduğunu, tanınmış şəxsiyyətlərə abidələr ucaldıldığını bildirib.

“Cənab prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir. Bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar”, ölkə başçısının köməkçisi deyib.

Buna da bax: Nazir: 'Müşfiqin abidəsi bərpa olunacaq'

Xatırlatma

Bir gün əvvəl, fevralın 27-si Bakının Yasamal rayonunda Mikayıl Müşfiq adına parkda onun büstü götürülmüşdü.

“Azəravtoyolservis” ASC-nin mətbuat xidməti büstün yenidənqurma işləri səbəbindən müvəqqəti götürüldüyünü açıqlamışdı.

“Sovetskidə yenidənqurma və genişləndirmə işləri ilə əlaqədar büst götürülüb. Təmir və yenidənqurma işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”, - mətbuat xidməti fevralın 27-də açıqlama vermişdi.

Buna da bax:​ 'YUĞ'da Mikayıl Müşfiq gecəsi...

Azərbaycanın tanınmış şairlərindən olan Mikayıl Müşfiq 1937-ci ildə repressiyaya məruz qalıb. 1938-ci ilin yanvarında, hələ 30 yaşı tamam olmamış güllələnib.

1970-cı ildə qoyulmuş büstün müəllifi Azərbaycanın yeganə qadın heykəltəraşı Münəvvər Rzayevadır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG