Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:16

Nazir: 'Müşfiqin abidəsi bərpa olunacaq'


Əbülfəs Qarayev
Əbülfəs Qarayev

«Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır».

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir: «Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq «Azəravtoyol»un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq».

Mikayıl müşfiqin Bakının İnşaatçılar prospektindəki abidəsini «Azəravtoyol» ASC təmir adı ilə götürüb. Bu qurumdan bildiriblər ki, təmirdən sonra abidə yerinə qaytarılacaq.

Mikayıl Müşfiqin abidəsi
Mikayıl Müşfiqin abidəsi

ÇİNGİZ ABDULLAYEV: «SABİRİN, NƏSİMİNİN HEYKƏLİNİ DƏ DAĞITSINLAR...»

«Azəravtoyol» ASC-nin Bakının İnşaatçılar prospektində, nakam şair Mikayıl Müşfiqin heykəlini Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmadan götürməsi ictimaiyyət arasında da narazılıqla qarşılanıb.

Virtualaz.org xəbər verir ki, yazıçı, Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev bu hadisəni acı ironiya ilə şərh edib.

«Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər. Hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik, müsəlmanlar haqqında xoşagəlməz şeirlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şeirlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?»,-yazıçı açıqlamasında deyib.

Mikayıl Müşfiq Azərbaycanda sevilən şairlərdən biridir. O, SSRİ-də repressiyalar zamanı antisovet fəaliyyətdə ittiham edilərək 1938-ci il yanvarın 6-da, heç 30 yaşı tamam olmamış güllələnib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG