Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 02:56

Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.

Büst Mikayıl Müşfiqin adını daşıyan parkda yerləşirdi.

APA-nın xəbərinə görə, büstü «Azəravtoyolservis» ASC götürüb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, «Azəravtoyolservis»ASC məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb: «Bizdə bu haqda məlumat olmayıb. Mən «Azəravtoyolservis»lə danışdım, dedilər, büst dağıdılmayıb, sadəcə, götürülüb və onların bazasında saxlanılır. Hazırda bu məsələni araşdırırıq ki, həqiqəti üzə çıxaraq».

«Azəravtoyolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də bildirib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətəuyğun deyil: «Büst dağıdılmayıb. Sadəcə, «Sovetski»də yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq».

Mikayıl Müşfiq Azərbaycanda sevilən şairlərdən biridir. O, SSRİ-də repressiyalar zamanı antisovet fəaliyyətdə ittiham edilərək 1938-ci il yanvarın 6-da, heç 30 yaşı tamam olmamış güllələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG