Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

İlham Əliyev Qətərdədir


İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da Qətərə gedib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidentini Qətərin iqtisadiyyat və ticarət naziri Ahmed Bin Jassim Bin Muhammad Al Thani, digər yüksəkvəzifəli hökumət rəsmiləri qarşıladılar.

İlham Əliyev fevralın 26-da Dohada «Qatar Petroleum»un prezidenti və icraçı direktoru Saad Sherida al-Kaabi ilə görüşüb. Görüşdə Azərbaycan ilə «Qatar Petroleum» arasında əməkdaşlıq imkanları müzakirə edilib. Bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulanıb. «Qatar Petroleum»un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Dohada həmçinin, «Al Faisal Holding» şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Faisal Bin Qassim Al Thani ilə görüşüb. Şeyx deyib ki, yaxınlarda böyük nümayəndə heyəti ilə Azərbaycana gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG