Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:15

Türkiyə prezidenti Racep Tayyip Erdogan martın 9-10-da Moskvaya səfər edəcək və rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Bu barədə Kremlin sözçüsü Dimitry Peskov məlumat yayıb.

O, artıq səfərin tarixinin razılaşdırıldığını bildirib.

Kremlin məlumatına görə fevralın 9-da liderlər arasında telefon söhbəti olub.

Danışıqlar zamanı Suriyada “İslam Dövləti” qrupuna qarşı mübarizədə hərbi əməliyyatların koordinasiya edilməsi müzakirə olunub və qeyd edilib ki, martda Moskvada Rusiya-Türkiyə əməkdaşlıq şurasının iclası keçiriləcək.

Xatırladaq ki, 2015-ci ildə Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər faktiki pozulmuşdu.

Bundan sonra Moskva Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq elədi.

Racep Tayyip Erdogan sonradan həmin insident zamanı həlak olmuş rusiyalı pilotların ailəsindən üzr istədikdən sonra münasibətlər normallaşdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG