Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:54

Dünya Bankı problemli kreditləri silməyi təklif edir


Dünya Bankı

«Banklarda qeyri-işlək aktivlər probleminin aradan qaldırılması ən zəruri amildir. Problemli kreditlər silinməlidir. Gələcəkdə kredit portfelinin keyfiyyətinin yüksəldilməsi vacibdir».

Bu sözləri Azərbaycanda problemli kreditlərin durumunu şərh edən Dünya Bankının nümayəndəsi Angela Prigozhina deyib.

Fins.az xəbər verir ki, A.Prigozhina gələn il istehlakçıların müdafiəsi üzrə ciddi addımların atılacağını bildirib.

«Maliyyə Sabitliyi Şurasının və böhrana hazırlıq çərçivəsinin yaradılması çox önəmlidir. Ölkəyə investisiyaların cəlb edilməsi və iqtisadiyyatın dirçəldilməsindən ötrü bu, çox vacibdir. Sabit maliyyə sisteminin yaradılması real sektorun, kiçik və orta sahibkarlığın inkişafında qarant funksiyasını daşıyır», - A.Prigozhina deyib.

O, əlavə edib ki, «İflas haqqında», «Banklar haqqında» və «Sığorta haqqında» qanunların müzakirəsi davam edir. Bununla yanaşı, maliyyə sektoruna nəzarətlə bağlı layihə işlənilir.

«Toksik aktivlərin aradan qaldırılması üzərində ciddi çalışırıq və Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə istehlakçıların hüquqlarının qorunmasına çalışacağıq», - DB rəsmisi bildirib.

Azərbaycanda təqribən 1.5 milyard manat həcmində problemli kreditin olduğu bildirilir. Ancaq Azərbaycan rəsmiləri, hələlik, problemli kreditlərin silinməsi təklifinə müsbət yanaşmırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG