Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:52

Prezident Cibuti parlamentinə minnətdarlıq etdi


Cibuti

Fevralın 24-ü prezident İlham Əliyev Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahamoud Ali Youssouf-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

President.az saytının xəbərinə görə, İ.Əliyev görüşdə Cibuti parlamentinin Xocalı faciəsini soyqırımı kimi tanımasına görə minnətdarlıq edib: «Bunu qardaşlıq münasibətlərimizin və ölkəmizə qiymətin mühüm göstəricisi kimi dəyərləndirirəm».

Görüşdə Azərbaycan ilə Cibuti arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

XATIRLATMA

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

613 nəfər dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

Dünyanın 10-a yaxın ölkəsinin və ABŞ-ın bir çox ştatlarının parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Cibuti parlamenti isə həmin qərarı bu yaxınlarda verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG