Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 13:11

Fevralın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə Amerika Guşələrinin açılmasına dair Anlaşma Memorandumu imzalayıb.

ABŞ səfirliyinin məlumatına görə, guşələr şəhərlərin mərkəzi kitabxanalarında yerləşir və yerli icmanın nümayəndələrinə internetdən, maarifləndirici materiallardan pulsuz istifadə imkanı təqdim edir.

«Amerika Guşələri azərbaycanlı gənclərə ingilis dilini inkişaf etdirmək, ABŞ mədəniyyəti, cəmiyyəti və insanları haqqında məlumat almaqdan ötrü mükəmməl bir vasitədir. ABŞ iki ölkə arasında qarşılıqlı anlayış qurmaq istiqamətində daim çalışır. Biz sevinirik ki, paytaxtdan kənarda yaşayan gənclər bu cür imkanlardan və proqramlardan tam şəkildə faydalana biləcək. Sizi Amerika Guşələrimizdə gözləyirik!», - ABŞ səfirliyi bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG