Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:20

75 il öncə intihar etmiş Stefan Zweig bu gün hansı ideyaları ilə anılır


Stefan Zweig.

"1936-cı ildə Buenos Aires'də baş tutmuş yazıçılar konqressində Zweig'i fəxri qonaq qismində dəvət edirlər. Çoxları onun bu konqressdə Almaniya əleyhinə sərt çıxış edəcəyini gözləyirdi, lakin yazıçı öz ölkəsi və onun siyasəti haqda danışmır, özünü hələ də alman mədəniyyətinin bir parçası saydığını bildirir".

Sürgündəki humanist: ölümündən 75 il sonra Stefan Zweig

XX əsrin dünyaca məşhur alman yazıçılarından biri Stefan Zweig 75 il öncə bu günü yəni fevral ayının 23-ü arvadı Charlotte ilə birgə artıq dozada yuxu dərmanı içərək intihar edib. Onların cəsədlərini Brazilianın Petropolis şəhərində əl-ələ yataqda uzanmış şəkildə tapıblar. Bəs ölümündən 75 il sonra humanizm ideyalarının dünyadakı nəhəng təbliğçilərindən biri Stefan Zweig necə xatırlanır?

Əvvəlcə onu qeyd etmək lazımdır ki, 1881-ci ildə Vyanada doğulmuş Zweig orta təbəqədən olan sekulyar yəhudi ailəsində doğulub və ailəsi onun mədəniyyət və ədəbiyyat adamı olması üçün əlindən gələni edib. Zweig yuxarı siniflərdə oxuyadan şeir yazmağa başlayıb və məktəbi bitirdikdən sonra Almaniyaya ədəbiyyat sahəsində təhsil almağa gedib, bunun ardınca Vyana və Berlində o roman dilləri və fəlsəfə öyrənib. Təhsilini bitirdikdən sonra Avropa, Amerika, Afrikaya uzun müddət davam edən səfərlərə çıxıb.

XX əsrin əvvələrindəki müharibələrlə çalxanan Avropada Zweig üçün həyati önəm daşıyan ideya sülh idi. O Birinci Dünya Müharibəsi illərində çoxlarının qapıldığı müharibə və millətçilik çıxışlarında iştirak etməkdən boyun qaçırmış. Sağlamlığı hərbi xidmətə yararsız olduğu üçün Avstriya-Macarıstan İmperiyasının rəsmi hərbi təbliğat qəzeti "Kriegspressequartier"də bir müddət işlədikdən sonra, 1917-ci ildə hərbi xidmətini başa vurub Sürixə gedir, orda Vyana qəzeti "Neue Freie Presse"də müxbir kimi işləməyə başlayır. Müharibə bitdiksən sonra, 1933-cü ildə o Avstriyaya qayıdır və Salzburgda işləməyə başlayır.

Buna da bax: Stefan Zweig: Cəmiyyət millətçi çılğınlığın arxasınca gedir

Avropa Birliyi ideyası

Çoxları bilmir ki, Avropanın birləşməsi ideyasının da müəlliflərindən biri Zweig'ə məxsusdur. O çoxlu sayda bədii-tarixi əsərlər yazır, onların ən məşhuru "Bəşəriyyətin ulduzlu saatları" 1927-ci ildə, çapdan çıxır. Və əsərlərinin çoxu birləşmiş Avropa ideyaları, insanlığı humanizm naminə birləşməsi kimi ideyaları təbliğ edir. Məsəlçün, onun ölümündən sonra məşhurlaşmış "Şahmat oyunu" əsəri Nasist rejimi tərəfindən həbsə atılan adamın, təkadamlıq hücrədə özünün özünə şahmat oyunu öyrətməsindən bəhs edir.

Yazıçının Avropanın pasifist ideyalar ətrafında birləşməsi kimi humanitar ideyaları əsərlərində əks olunduğu üçün nasional-sosializmə zidd hesab edilir və 1933-cü ildə toplanaraq yandırılır, Zweig'in adı qadağan olunmuş yazıçılar siyahısına daxil edilir.

Sürgünə yollanma

Polis işçiləri Avstriyadakı evində axtarış apardıqdan sonra yazıçı həyatına təhlükə olduğunu dərk edir və doğma vətənini tərk etməyə qərar verir. İlk öncə o Londoda yollanır, bundan sonra bir müddət Nyu-Yorkda yaşayır və ABŞ-da böyük hörmətlə qarşılanır. Ancaq ardınca burda da rahatlıq tapa bilmir və Paraquay və Argentinada yaşamağa qərar verir. Ən sonda Zweig və ikinci arvadı Charlotte Braziliyada yaşamağa qərar verirlər. Petropolis şəhərində yaşamağa başlayan yazıçı ilə arvadı bu şəhərdə də hörmətlə qarşlanırdlar. Yazıçı burda "Braziliya, gələcəyin ölkəsi" adlı monoqrafiya da yazır. Ancaq doğma ölkəsində və aid olduğu almandilli kontinentdə baş verən barbar və dağıdıcı müharibə Zweig'ə elə pis təsir etmişdi ki, bəzən o bütün baş verənlərdə özünü günahkar bilir, faşizmin qalib gələcəyi təqdirdə Avropanın necə mədəni geriliyə sürüklənəcəyini təsəvvürünə belə gətirmək istəmir, o günləri yaşamamaq üçün intihara qərar verir. Yazıçı intihar məktubunda yazır ki, daha yeni bir həyata başlamaq istəmir və bunla bağlı etdiyi bütün cəhdlər uğursuzluqla bitib. Halbuki yazıçı Braziliyada çox tanınıb və sevilib. 1936-cı ildə Buenos Aires'də baş tutmuş yazıçılar konqressində Zweig'i fəxri qonaq qismində dəvət edirlər. Çoxları onun bu konqressdə Almaniya əleyhinə sərt çıxış edəcəyini gözləyirdi, lakin yazıçı öz ölkəsi və onun siyasəti haqda danışmır, özünü hələ də alman mədəniyyətinin bir parçası saydığını bildirir.

Buna da bax: İntihar etməyənlər edənləri anlamaz

Stefan Zweig arvadı Charlotte ilə birgə intihar etdiksən sonra.
Stefan Zweig arvadı Charlotte ilə birgə intihar etdiksən sonra.

Zweig hər nə qədər Braziliyada özünü təhlükəsizlikdə hiss etsə də Avropadakı dağıntılar, vətəninin itirmək ağrısı onu içdən yandırırdı. Müharibə qarşısında gücsüzlük və Avropanın mədəni süqutu yazıçını drin depressiyaya salmışdı. Axırda qərar vermişdi ki, vətəni heç nə əvəz etmir, hətta gözəl və sakit Braziliya belə.

Beləliklə 1942-ci ildə düz 75 il bundan öncə Stefan Zweig arvadı Charlotte ilə birlikdə intihar edir. Ölümündən sonra onun Avropanın mədəni birliyi ideyası gerçəkləşib, ancaq qəbul edək ki, bugünki müharibələrlə dolu dünyanın halı da Zweig'ə rahatlıq verməzdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG