Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:26

Putin: 'Suriyada keçmiş SSRİ ölkələrindən 9 min yaraqlı vuruşur'


Vladimir Putin və Dmitry Medvedev hərbçilərlə

“Suriyada keçmiş SSSR-i ölkələrindən yaraqlıların tərəfində 9 min döyüşçü vuruşur”.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin fevralın 23-də Suriya sahillərində döyüş tapşırıqlarında fərqlənən “Şimal donanması”nın zabitləri ilə görüşdə deyib.

Onun sözlərinə görə bu yaraqlıların təxminən 4 mini Rusiyadan, qalanları isə digər keçmiş Sovet respublikalarındandır.

Putin “Şimal donanması”nın Suriyada yaraqlılara ciddi ziyan vurduğunu deyib.

Qeyd edək ki, Rusiya Suriya münaqişəsində prezident Bashar Asad rejiminin, ABŞ və onun müttəfiqləri isə Asada qarşı mübarizə aparan üsyançı qüvvələrin tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG