Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

'Hökumət dəyişiklikləri 'Cənub Qaz Dəhlizi'nə təsir göstərir'


Robin Dunnigan

Fevralın 22-si Energetika naziri Natiq Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Dunniganı qəbul edib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Natiq Əliyev ABŞ-ın "Cənub Qaz Dəhlizi" layihəsinə davamlı dəstəyini yüksək dəyərləndirib.

Nazir qonağı layihə üzrə işlərin gedişi və qarşıya çıxan çətinliklər barədə məlumatlandırıb: “Bu gün dünyada cərəyan edən mürəkkəb siyasi-iqtisadi proseslər, Yunanıstan, İtaliya kimi ölkələrdə hökumət dəyişiklikləri "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə bu və ya digər dərəcədə təsir göstərir”.

Buna da bax:​ 'Cənub Qaz Dəhlizi' Məşvərət Şurası toplanır

N.Əliyevin sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünün məqsədi yaranmış narahatlıq və problemlərin birgə müzakirəsinə və aradan qaldırılmasına nail olmaqdır.

Xanım Robin Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyətinin fevralın 22-si günün birinci yarısı prezident İlham Əliyev də qəbul etmişdi.

R.Dunnigan-ın başçılıq etdiyi nümayəndə heyəti fevralın 23-ü Bakıda keçiriləcək «Cənub Qaz Dəhlizi» Məşvərət Şurasının 3-cü iclasında iştirak edəcək.

Buna da bax: Neft Fondunun aktivləri azalıb

Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə reallaşacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG