Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 07:18

Bu il yanvarın 1-i Dövlət Neft Fondunun (DNF) aktivləri 33 milyard 147 milyon ABŞ dollarına bərabər olub. Bu, 2016-cı ilin əvvəlinə (33 milyard 574.1 milyon ABŞ dolları) nisbətən 1.27 faiz azdır.

Fonddan verilən məlumata görə, gəlirlər xərcləri üstələyib. Ancaq aktivlərin azalmasının səbəbi avro, ingilis funt sterlinqi, türk lirəsi və Çin yuanı kimi valyutaların məzənnələrinin ABŞ dollarına nisbətən zəifləməsi olub.

Ötən il Dövlət Neft Fondunun büdcə gəlirləri 9 milyard 410.2 milyon manat, büdcə xərcləri isə 9 milyard 22.1 milyon manat təşkil edib.

Fonddan verilən məlumata görə, il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 341.4 milyon manata bərabər olub. Mənfəət neftinin, qazın satışından 8 milyard 320 milyon manat, bonus ödənişlərindən 0.1 milyon manat, tranzit gəlirlərdən 18 milyon manat və əlavə 3.3 milyon manat əldə edilib.

Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 1 milyard 68.8 milyon manat göstərilir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı DNF-nin büdcədənkənar gəliri 5 milyard 705.7 milyon manat təşkil edib.

DNF-dən dövlət büdcəsinə 7 milyard 615 milyon manat vəsait transfert edilib.

«Köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70 milyon manat, Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin maliyyələşdirilməsinə 66.2 milyon manat ayrılıb. 31.6 milyon manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. «Cənub Qaz Dəhlizi» layihəsi üzrə 797.4 milyon manat, «STAR» neft emalı kompleksinin tikintisi layihəsinə isə 331.8 milyon manat vəsait ayrılıb»,-deyə açıqlamada qeyd edilir.

2016-cı il ərzində fondun idarə edilməsi ilə bağlı xərclərinin 20.1 milyon manat olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG