Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 02:26

'Cənub Qaz Dəhlizi' Məşvərət Şurası toplanır


Qaz kəməri

Fevralın 23-də Bakı keçiriləcək «Cənub Qaz Dəhlizi» Məşvərət Şurası çərçivəsində nazirlərin III görüşünə hazırlıq işləri yekunlaşıb. Açıqlamanı Energetika Nazirliyi yayıb.

Toplantıya 20-yə qədər dövlət və beynəlxalq qurumların nümayəndə heyətlərinin qatılacağı deyilir.

Açıqlamaya görə, «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının III iclası açılış mərasimi, salamla nitqlərindən sonra dörd plenar sessiya üzrə davam edəcək.

Daha sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə işə düşəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG