Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 02:12

Moskva Churkinin cəsədinin ekspertizası barədə informasiya sızmasından narahatdır


Maria Zakharova

Moskva Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitali Churkinin ölümünün səbəbinin araşdırılması barədə mətbuata sızan məlumatlardan çaşqındır.

Bunu Rusiya Xarici İşlər Nazirliyi-nin sözçüsü Mariya Zakharova bildirib.

O qeyd edib ki, Moskva Vaşinqtonu bu cür informasiyanı yalnız rəsmi kanallarla verməyə çağırır.

“Dünən axşam çaşqınlıqla rusiyalı diplomatın öümünün səbəbinin ekspertizası ilə bağlı ABŞ KİV-lərinə məlumat sıdığını bildik”, deyə Zakharova bildirib.

Bundan əvvəl verilən məlumatlara görə, tibbi ekspertlər Churkinin cəsədinin açılmasından sonra əlavə tədqiqata ehtiyac olduğunu bildiriblər.

Rusiyanın BMT-ki daimi elçisi Vitaly Churkin fevralın 20-də Nyu-Yorkda vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG