Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 20:16

Bu ilin yanvarında Dövlət Neft Şirkəti (SOCAR) 645.1 min ton neft hasil edib. Bu, ötən ilin yanvarı ilə müqayisədə 1.9 min ton azdır.

Bu ilin ilk ayında ölkə üzrə isə 3 milyon 367.5 min ton neft hasil olunub. Bu da 2016-cı ilin eyni ayı ilə müqayisədə 150.7 min ton (4.28%) azdır. Ötən ilin dekabr ayı ilə müqayisədə isə bu rəqəm 52.6 min ton (1.58) çoxdur.

Bu ilin yanvarında qaz hasilatı da azalıb. SOCAR ilk ayda 508.3 min kubmetr qaz hasil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34.8 min kubmetr azdır. Eyni dövrdə ölkə üzrə azalma isə 45.6 min kubmetr olub. Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında ölkə üzrə qaz hasilatı 27.2 min kubmetr artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG