Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:36

Azərbaycanda hemofiliyalı xəstələrin sayı artır


Foto illüstrasiya

«Ötən illərlə müqayisədə bu gün Azərbaycanda hemofiliyalı xəstələrinin sayı artıb».

«Report»un xəbərinə görə, bunu Elmi-Praktik Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib.

Hemofiliya - qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir.

Elmira Qədimova artım statistikasını belə çatdırır: «Əgər 2002-ci ildə bu xəstəlikdən əziyyət çəkən 916 nəfər var idisə, keçən il bu rəqəm 1541 nəfər olub. Hazırda isə ölkədə 1103 nəfər hemofiliya A, 132 nəfər hemofiliya B, 206 nəfər isə villebrand (nadir hemotoloji xəstəliklər olan psevdohemofiliya) xəstəliyindən əziyyət çəkir».

E.Qədimova əlavə edib ki, Azərbaycanda da ən ağır hemofiliyalı xəstələr I profilaktikaya götürülür: «Xəstə uşaqlar ağır hemofiliyalı vəziyyətdən orta və yüngül vəziyyətə keçirilir. Əlilliyin qarşısı alınır və sağlam uşaqlardan seçilmirlər. Bu gün 42 ağır hemofiliyalı uşaq I profilaktika müalicəsi alır».

Günün bütün mövzuları

XS
SM
MD
LG