Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 01:23

Qaradərili aktyorlar daha "Oscar"da azlıqda deyil


Denzel Washington'un çəkdiyi "Çəpərlər" filmindən bir səhnə.

Fevralın 26-da Amerika Kino Akademiyası 89-cu dəfə kino mükafatı olan “Oscar”ı verəcək. Ancaq builki Oscar bir cəhətinə görə əvvəlki illərdəkindən xeyli fərqlənir. Belə ki, bu il “Oscar”a namizəd olan film rejissorları və aktyorlar arasında qaradərililərin sayı daha çoxdur. Məsəlçün, builki müsabiqənin favoriti “Moonlight” (Ay işığı) filmi ilə 8 nominasiyada “Oscar”a namizəd göstərilmiş qaradərili rejissor Barry Jenkins sayılır. Onun çəkdiyi film Chiron adlı qaradərili oğlanın gettoda keçən həyatı və həyatla mübarizəsindən bəhs edə. Barry Jeniks bundan öncə dram janrında ən yaxşı film nominasiyasında “Qızıl qlobus”u, həmçinin Gotham və Chicago Film Tənqidçilərinin mükafatlarını qazanıb. Filmdə Chironun anasının rolunu oynayan Naomie Harris ikinci dərəcəli qadın aktrisa nominasiyasında, atasını canlandıran Mahershala Ali ilə ikinci dərəcəli kişi aktyor nominasiyasında “Oscar”a namizəd olublar.

Buna da bax: 151 il əvvəl Amerikada qulun öz sahibinə yazdığı məktub

"Ay işığı" filminin iştirakçıları rejissor Barry Jenkins'lə birgə "Qızıl qlobus"un təqdimatında.
"Ay işığı" filminin iştirakçıları rejissor Barry Jenkins'lə birgə "Qızıl qlobus"un təqdimatında.

1967-ci ildə irqlərarası nikahı qadağan edən qanuna etiraz olaraq evlənən cütlüyün əhvalatından bəhs edən “Loving” (Sevmək) filminin baş rol ifaçılarından biri qaradərili aktrisa Ruth Negga ən yaxşı qadın aktrisa nominasiyasında “Oscar”a namizəddir.

1950 -ci ildə afroamerikalı fəhlə kişinin ailəsini dolandırmaq üçün çəkdiyi əziyyətlərdən bəhs edən “Fences” (Çəpərər) filminə görə qaradərili baş rol ifaçısı Denzel Washington ən yaxşı kişi aktyoru nominasiyasında, ikinci dərəcəli aktrisa nominasiyasında Viola Davis “Oscar”a namizəddilər.

1960-cı illərdə NASA-da işləmiş üç qaradərili qadının gerçək həyat əhvalatından bəhs edə “Hidden Figures”də (Gizli rəqəmlər) oynayan Octavia Spencer də ən yaxşı ikinci dərəcəli qadın rolu nominasiyasında “Oscar” üçün yarışır.

Bütün bu filmlərin ortaq tərəfi hamısının ABŞ-dakı afroamerikalıların həyatından bəhs etməsidir.

Buna da bax: 2017-ci ildə "Oscar"a ən şanslı filmlər

Bu il qaradərililər təkcə bədii filmlər deyil, həm də sənədli filmlər nominasiyasında “Oscar” uğrunda mübarizə aparırı. Qaradərili rejissor Raoul Peck “Im not your Negro” (Mən sənin zəncin deyiləm) adlı sənədli filmində Medgar Evers, Malcolm X, Martin Luther King kimi afroamerikalı liderlərdən bəhs edir. Peck bu filmi ilə “Oscar”a namizəddir.

Rejissor Spike Lee.
Rejissor Spike Lee.

Hollywood’da həqiqətən uzun müddət qaradərililərə qarşı qeyri-rəsmi bir əngəl olub. Bu əngəli ilk dəfə yıxmağa cəhd edən adamın Spike Lee olduğunu xüsusilə qeyd etmək lazımdır. Məhz o 1980-lərin sonunda ilk dəfə “Do the Right Thing” (Doğru şeyi et) filmi ilə qaradərili bir rejissorun da filmdə uğurlar qazana biləcəyini sübut edib.

2008-ci ildə Barack Obama'nın ABŞ prezidenti seçilməsiylə qaradərili kino adamları üçün yeni dövr başlayır. Bir çox afroamerikalılar Hollywood’a üz tutmağa başlayır. Qaradərililərin həyatından bəhs edən çoxlu sayda filmlər çəkilir. Məsəlçün Ryan Coogler'in çəkdiyi “Fruitvale Station” (Fruitvale stansiyası) (2013) filmi 2009-cu ildə polis tərəfindən döyülərək öldürülən afroamerikalı Oscar Grant’ın həyatının 24 saatından bəhs edir, yaxud Steve McQueen’in çəkdiyi və 2014-cü ildə “Oscar” almış, qaradərililərin köləliyindən bəhs edən “12 yars a slave” (12 il köləlikdə) filmi. Həmçinin Nate Parkerin 2016-cı ildə ekranlara çıxan “The birth of Nation” (Xalqların doğuluşu) filmi də qaradərililərin haqqlarından bəhs edir.

Ancaq 2015 və 2016-cı illərdə Amerika Kino Akademiyasının mükafatına namizədlər siyahısı ancaq ağdərili aktyor və rejissorlardan ibarət olması qaradərili sənət adamları arasında böyük etirazlara səbəb oldu. Mediada “Oscars So White” (Oskarlar çox ağdır) trendi ilə saysız etiraz səsləri yüksəldi.

Buna da bax: Nina Simone-yə görə "Azadlığın" tərifi

2016-cı ilin iyul ayında Amerika film Akademiyası 600 yeni üzv cəlb etdi və bunların 130-u qaradərililər idi. Onlar arasnda Idris Elba, Ice Cube, John Boyega, Michael B.Jordan, Ryan Coogler kimi rejissor və aktyorların adı var. Nəticə isə bu oldu ki, “Moonlight”, “Fences”, “Loving”, “Hidden Figures”, “I Am Not Your Negro” kimi afroamerikalıların çəkdiyi və oynadığı filmlər “Oscar”a namizəd oldu. Tam nəticə isə fevralın 26-sı axşamı görünəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG