Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:20

2017-ci ildə "Oscar"a ən şanslı filmlər


Oscar mükafatı heykəlciyi.
Oscar mükafatı heykəlciyi.

Amerika Kino Akademiyasının təşkil etdiyi bu il 89-cu dəfə baş tutacaq film müsabiqəsinin qaliblərinin elan olunmasına iki ay vaxt qaldı. Belə ki, 2017-ci ilin yanvar ayının 24-də Oscar mükafatının təqdimetmə mərasimi baş tutacaq. Hollywoodun bu ilki "Ən Yaxşı Film" namizədləri arasında “La La Land” adlı müzkldan tutmuş, Mel Gibson-un çəkdiyi döyüş filmi “Hacksaw Ridge” (Döyüş vadisi), Martin Scorsese-in “Silence” (Susqunluq) və Jeff Nichols-un “Loving” (Sevmək) filminə qədər var. Oxu Zalı 2017-ci ildə “Oscar” almaq şansı ən yüksək olan filmləri təqdim edir.

1. Şübhəsiz builki “Oscar”a ən güclü namizədlərdir biri Damien Chazelle-nin çəkdiyi “La-la land” filmidir. Los-Angelesdə yaşayan caz pianoçusunun sənətə yeni başlayan aktrisaya vurulmasından bəhs edən filmin parlaq ssenarisi, uğurlu akyor seçimi, gözəl operator işi və musiqi tərtibatı kinotənqidçilərdə müsbət rəy yaradıb və müzkl janrında olan film bir çox nominasiyada “Oscar”a ciddi namizədlərdən biri hesab olunur.

“La-la land” filminin treyleri.

.

Buna da bax: Kino Akademiyası Ermənistanın filmini geri qaytarıb

2. Adı tez-tez müxtəlif qalmaqallı filmlərlə gündəmə gələn Martin Scorsese-nin çəkdiyi “Susqunluq” filmi, bu il az qala hər nominasiyada “Oscar”a namizəddir. Unudmaq olmaz ki, Scorsese indiyədək ümumən 12 “Oscar” alıb. Onun yeni filmi yapon yazıçısı Shūsaku Endō-nun 1966-cı ildə yazdığı eyni adlı romanının ekranlaşdırılmasıdır. Romanın mövzusu XVII əsrdə xristianlığı yaymaqla məşğu olan iki iezuit rahibinin Yaponiyaya gəlib burda öz müəllimlərini axtarmasından bəhs edir. Filmin mövzusu inanc və dini ekstermizm XVII əsrdə olduğu kimi indi də aktual olduğu üçün, “Oscar” almaq şansı böyükdür.

"Susqunluq" filminin rejissoru Martin Scoresese.
"Susqunluq" filminin rejissoru Martin Scoresese.

3. Demək olar hər ilki kimi bu il də kosmosdan bəhs edən film “Arrival” (Qayıdış) Oscara namizəd olur. Yazıçı Ted Chiang-ın “Story of your life” kitabının ekranlaşdırılması nəticəsində yaranan film, dilçi alim Louise Banks-ın yadplanetlilərlə ünsiyyət qurması üçün ordu tərəfindən işə götürülür. Film alimin başına gələn qəribə hadisələrdən bəhs edir. Denis Villeneuve-nin çəkdiyi film dar çevrə üçün nəzərdə tutulub. Tənqidçilər filmin az büdcəsinə (cəmi 50 milyon dollara başa gəlib) diqqəti çəkərək onun “Oscar” almasını ancaq baş rol ifaçıları Amy Adams və Jeremy Jenner-dən asılı olduğunu bildirirlər.

“Arrival” (Qayıdış) filminin treyleri.

4. Jeff Nichols-un çəkdiyi “Loving” (Sevmək) filmi adı qədər sadə, təsirli və həyati bir filmdir. Film ABŞ-da 1958-ci ildə fərqli irqlərdən olduqları halda evləndikləri üçün həbs cəzasına məhkum edilmiş Richard və Mildred Loving adlı iki qəhrəmanın sevgi macərasından bəhs edir. Başdan-başa duyğusal sevgi filmi olan “Loving” 2016-cı ildə Kann film festivalında “Qızıl palma budağı” mükafatı uğrunda yarışıb, “Oscar”a da böyük şansı olmasa da, uğurlu namizədlərdən biri hesab olunur.

“Loving” (Sevmək) filminin treyleri.

.

Buna da bax: İsrail "Oscar"a ərəbcə film göndərəcək​

5. Əvvəl iki “Oscar”a layiq görülmüş rejissor Kenneth Lonergan-ın çəkdiyi “Manchester by the Sea” (Dənizin yanındakı Manchester) atasının ölümündən sonra əmisioğlunun qayğısına qalmaq üçün Bostona köçməli olan Lee-nin həyatından bəhs edir. Casey Affleck Michelle Williams kimi iki uğurlu aktyorun baş rollarını oynadığı filmin “Oscar”a şansının yüksək olduğu deyilir.

“Manchester by the Sea” (Dənizin yanındakı Manchester) filminin treyleri.

6. “The Birth of a Nation” (Xalqın yaranması) Nate Parker-in çəkdiyi film öz adını 1915-ci ildə amerikalı rejissor David Griffith-in çəkdiyi eyniadlı amma rasizmi təbliğ edən filmin adına ironiya olaraq alıb. Ancaq film Griffith-in filminin əksinə qaradərəililərin hüquqlarının bərpasından bəhs edir. Filmin rejissoru həm də baş rolunu oynayan Nate Parker həm də filmin ssenarisini yazıb. 2016-cı ilin yanvarında ABŞ-da keçirilən “Sundance” Film Festivalında ilk dəfə göstərilmiş film ABŞ-da 1830-cu ildə qaradərili kölə Nate Turnerin başçılığı ilə baş vermiş qaradərililərin üsyanından bəhs edir. Keçən il “Oscar” mükafatına qarşı qaldırılmış qaradərililərin və qadınların mükafata layiq görülməməsi ittihamı və baykot çağırışı bu il adıçəkilən filmin diqqətdən kənarda qalmasına imkna verməyəcək.

“The Birth of a Nation” (Xalqın yaranması) filminin treyleri.

7. Ben Affleck Zoe Saldana-nın baş rolunu oynadığı “Live by Night” (Gecə həyatı) kriminal dramdır. Film demək olar ki, başdan-başa Ben Affleck-in əməyinin nəticəsidir, o bu filmdə həm prodüser, həm ssenarist, həm rejissor və həm də baş rol ifaçısıdır. “Batman v Superman: Dawn of Justice” filmi ilə kariyerasında uğursuzluğa düçar olmuş Affleck bu filmlə uğur qazanmağa iddialıdır. Rəngarəng aktyor komandası olan film Joe Coughlin adlı qanqseterin həyatından bəhs edir.

“Live by Night” (Gecə həyatı) filminin treyleri

.

Buna da bax: 'Gələn il Azərbaycan «Oskar»a iki film göndərəcək'

8. “Hidden figures” (Gizli simalar) filmi yazıçı Margot Lee Shetterly-nin romanı əsasında çəkilib və 50-ci illərdə NASA-da kosmik tədqiqatlarla məşğul olmuş üç afro-amerikan riyaziyyatçı Katherine Johnson, Dorothy VaughanMary Jackson-un həyatından bəhs edir. Filmdə riyaziyyatçılar Amerikayla Sovet İttifaqı arasında Kosmosa adam göndərmək uğrunda gedən mübarizədə ABŞ-ın irəli düşməsi üçün əllərindən gələni edirlər. Theodore Melfi-nin çəkdiyi yeni də qaradərililər mövzusundan bəhs edən filmin rəqiblərindən irəliyə keçəcəyi hələlik şübhə altındadır. Rejissorsa mövzunun Oscar tərəfindən nəzərə alınacağı ümüdü ilə filmi irəli sürüb.

“Hidden figures” (Gizli simalar) filminin treyleri.

9. Tanınmış Hollywood aktyoru və rejissoru Mel Gibslon-un çəkdiyi “Hacksaw Ridge” (Döyüş vadisi) filmi tarixdə ilk dəfə əsgərlik çəkməyi rədd etmiş Demons T. Doss-un həyat hekayəsini əks etdirir. 2004-cü ildən bəri tez-tez işlətdiyi anti-semit fikirlərinə görə kino aləmində nüfuzunu itirmiş Gibson-un “Oscar” alacağı şübhə altındadır. Amma gerçək həyat hadisəsini təsirli bir formada lentə aldığına görə “Hacksaw Ridge”-nin dünya döyüş filmləri arasında öz yerini tutacağı gözləniləndir.

“Hacksaw Ridge” (Döyüş vadisi) filminin treyleri.

.

Buna da bax: Gürcüstan ikinci ildir "Oscar"a film göndərir

10. Clint Eastwood-un çəkdiyi “Sully” (Salli) bioqrafik dramı bu ilki “Oscar”ı almaq şansı ən az olan filmlərdən biridir. Təkcə Tom Hanks-ın oyunu ilə öyünən film Hudzon körfəzinə düşmüş təyyarə ilə bağlı aparılan tədqiqatdan bəhs edir. Ancaq filmin Oscarın tələblərindən daha qısa olması və hadisəni ətraflı əks etdirə bilməməsi onun uğurunu şübhə altına qoyur.

"Sully" (Salli) filminin treyleri.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG