Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

-

İsrail bu günlərdə rəsmi olaraq Oscar mükafatı üçün, ən yaxşı xarici film kateqoriyasında iştirak edəcək namizədini açıqlayıb, bu başdan-başa əsasən ərəbcə olan “Qum fırtınası” filmidir. Bu haqda "Guardian" qəzeti məlumat verir.

“Qum fırtınası” müflisləşmiş səhra bədəvisinin mühafizəkar kənddə keçən həyatından bəhs edən filmdir. Filmin yəhudi rejissor Elite Zexer-in debüt filmidir. “Qum fırtınası” müsabiqələrdə ən yaxşı İsrail filmi və İsraildə keçirilən “Ophris” müsabiqəsində mükafat aldıqdan sonra Oscara göndərmək üçün seçilib.

Ancaq məsələ ondadır ki, filmin iki baş rolunda oynayan İsrail ərəbləri olan qadın aktrisalar Ruba Blal-AsfourLamis Ammar ölkənin Mədəniyyət Naziri Miri Regev-in təqdim etdiyi mükafatı almaqdan imtina ediblər. Aktrisalar bunu İsrail dövlətinin naziri ilə eyni səhnədə dayanmaq istəməmələri ilə izah ediblər.

Film ərinin ikinci evliliyini bayram etməyə hazırlaşan qadından bəhs edir. Qadın birdən-birə hiss edir ki, qızlarından biri öz məktəb yoldaşı ilə gizli münasibətdədir.

Filmin rejissoru Zexer isə bu filmi çəkmək ideyasına fotoqraf olan anasının bədəvi kəndinə səfər etməsindən sonra gəldiyini deyib.

Rejissor film üçün bədəvi aktyorlar tapa bilməsə də İsrail ərəblərindən istifadə edib, o aktyorların bədəvi ləhcəsi ilə danışması üçün xeyli vaxt lazım olub.

İsrail rejissoru Elite Zexerin çəkdiyi "Qum fırtınası" filmi bu il İsrail tərəfindən "Oscar"a yollanılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG