Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:43

Erdoğan Mehriban Əliyevanı təbrik edib


İlham Əliyev və Mehriban Əliyeva, Abdullah Gül və həyat yoldaşı Hayrunnisa, Erdoğan və həyat yoldaşı Emine. Ankara, 12noy2013.

Fevralın 21-də Türkiyə prezidenti Receb Tayyib Erdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib.

AZƏRTAC-ın xəbərinə görə, Türkiyə prezidenti Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə dövlət başçısına minnətdarlığını bildirib.

Buna da bax:​ Mehriban Əliyeva birinci vitse-prezident oldu

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Xəbərdə qeyd edilir ki, sonra Türkiyə prezidenti Mehriban Əliyeva ilə danışaraq onu birinci vitse-prezident vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.

Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Buna da bax: 'Bir ailənin hegemonluğu...'

Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Mehriban Əliyeva prezident İlham Əliyevin həyat yoldaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG