Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:05

'Bir ailənin hegemonluğu...'


Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli birinci xanım Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsini «ciddi səhv» və «bir ailənin hegemonluğu» adlandırıb. O, xalqın bu addımı etirazla qarşılayacağını, müxalifətin, konkret Milli Şuranın, AXCP-nın ölkədə monarxiyanın bərqərar olmaması üçün qanun çərçivəsində, dinc yolla mübarizə aparacağını bildirib.

*Mehriban Əliyevanın vitse prezident olması haqda video - Youtube Kanalımızda olacaq- Abunə olun, xəbəriniz olsun

AXCP sədri prezidentin təyinatından sonra xalqa müraciət edib. Sosial şəbəkələrdə yayılan həmin müraciətdə deyilir: «100 il öncə bütün müsəlman Şərqində ilk dəfə cümhuriyyət prinsiplərini bərqərar etmiş, cümhuriyyət qurmuş xalqı 100 il sonra monarxiya qurmaqla təhdid edirlər. Onsuz da 40 ildən çoxdur ki, ölkəmizdə bir sülalə hökmranlıq edir. Müstəqillik dövrümüzün, az qala, 24 ili ata-oğul hakimiyyətinin əsarətində keçib».

Buna da bax-'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

Ə.Kərimlinin sözlərinə görə, Azərbaycanda de-fakto sülalə hakimiyyəti qurulduğu halda, indi bunu de-yure etməyə çalışırlar. O hesab edir ki, «ölkəni avtoritar üsullarla idarə edən» İlham Əliyev bu qərarla öz ailəsindən başqa heç kimə inanmadığını, xalqdan qorxduğunu sərgiləmiş oldu.

İsa Qəmbər
İsa Qəmbər

«Ciddi yanlış»

«Dövlət başçısı öz xanımını birinci vitse-prezident təyin etməklə Azərbaycanı XXI əsrdən orta əsrlərə sürükləmək xəttini davam etdirdi», – Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər belə deyir:

«Ötən il bu mənasız referendum keçirilərkən biz bildirmişdik ki, rejim sülalə variantını rəsmiləşdirməyə hazırlaşır. Təəssüf ki, bu proqnozlar doğruldu. Dövlət başçısı öz xanımını birinci vitse-prezident təyin etməklə Azərbaycanı XXI əsrdən orta əsrlərə sürükləmək xəttini davam etdirdi. Bizim təklif etdiyimiz, böhrandan çıxışa aparan yol xəritəsini deyil, ölkəni uçuruma aparan yol xəritəsini seçdi».

İ.Qəmbərin qənaətincə də, prezident bu təyinatla «çox ciddi yanlışa yol verib». «Bu addım həm hakimiyyətdaxili, həm ölkəiçi gərginliyin artmasına səbəb olacaq. Nəticədə həm daxildə, həm də beynəlxalq miqyasda ciddi problemlər yaradacaq», – İ.Qəmbər hesab edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG