Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 02:39

Liviya sahilində 74 miqrantın cəsədi tapılıb


Foto arxiv

Liviya sahilində 74 miqrantın cəsədi aşkar edilib.

1 nəfərin xilas edildiyi, koma vəziyyətində xəstəxanaya götürüldüyü bildirilir.

Qəza Tripolinin şimal sahilində baş verib.

Qırmızı Xaç Komitəsi-nin məlumatına görə, dalğa cəsədlərdən bəzilərini sahilə çıxarıb, qalanları isə dənizdə, sahilin yaxınlığındadır.

Yerli hakimiyyət bütün cəsədləri çıxarmaq imkanında olmadığını bildirir.

Məlumatlara görə, göyərtəsində 100-ə yaxın adamın olduğu qayıq ötən bazar günü batıb.

Qırmızı Xaç Komitəsi-nin məlumatına görə, təkcə 2017-ci ildə Aralıq dənizində Avropaya keçmək istəyən 365 nəfərdən çox miqrant batıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG