Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 06:57

Ermənistan silahlı bölmələrinin Ağdam rayonunda dinc sakinlərə atəş açdıqları bildirilir.

APA-nın xəbərinə görə, fevralın 20-si axşam saatlarında Ağdam rayonunun Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Müdafiə Nazirliyi də fevralın 21-də bildirmişdi ki, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi 31 dəfə pozublar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG