Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

'Suriya böhranını Assad-sız həll etmək olmayacaq'


Marine Le Pen

Fransa prezidentliyinə namizəd, ifrat sağçıların lideri Marine Le Pen Suriya böhranının Assad-sız həlli olmadığını söyləyib. Onun sözlərinə görə, münaqişəni və qaçqınların Avropaya axınını dayandırmağın yolu Assad-dan keçir.

İndiki Fransa hökuməti Suriya lideri Bashar al- Assad-ın qəti əleyhinədir, Fransa rəsmiləri istənilən danışıqların Assad hakimiyyətdən getdiyi halda mümkün olduğunu deyirlər.

Amma M.Le Pen hesab edir ki, dünya liderləri Assad-ın ölkədəki nüfuzunu və qələbəsini nəzərə almalı, onun devrilməsi ideyasının real olmadığını anlamalıdırlar.

Dünən—fevralın 20-də Livanda səfərdə olanda M.Le Pen deyib ki, Suriya münaqişəsini həll etməkdən ötrü Suriyadakı «İslam dövləti» (İŞİD) qüvvələriylə Assad arasında seçim edilməlidir və belə olan halda, əlbəttə, Assad-ı seçməlidirlər, çünki İŞİD terrorçu təşkilatdır və məhv edilməlidir.

Bashar al-Assad-ı ruslar da müdafiə edir. Fransada xeyli tərəfdar toplamış M.Le Pen isə rusiyapərəst siyasətçi kimi tanınır. O, Krımın Rusiyaya ilhaqına da tərəfdar olduğunu söyləyib.

Fransada prezident seçkisi aprelin 23-ə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG