Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:32

Qırğızıstan Türkiyədən kompensasiya istəyir


Foto arxiv

“Qırğızıstan hökuməti təyyarə qəzası nəticəsində dəymiş ziyanın bərpası tələbilə Türkiyəyə rəsmi məktub göndərib”.

Bunu Qırğızıstanın baş nazir müavini Mikhammetkalıy Abulgaziev zərər dəymiş qəsəbəyə baş çəkərkən deyib.

Onun sözlərinə görə söhbət təxminən 3 milyon dollardan gedir.

Türkiyənin hava şirkətinə məxsus Boeing 747 təyyarəsinin yanvarın 16-da Manas aeroportunun yaxınlığındakı bağ evlərinə düşməsi nəticəsində 38 nəfər ölüb.

Baş nazir müavininin sözlərinə görə, həmin gündən Türkiyə ilə danışıqlar aparılır.

O, Türkiyə tərəfinin əvvəlcədən lazımi yardım etməyə hazır olduğunu bildirib.

Abulgaziev həmçinin vətəndaşları, kompensasiya üçün onlara öz hüquq yardımını təklif edənlərə qulaq asmamağa çağırıb və qeyd edib ki, hökumət bu məsələdə hamədan çox maraqlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG