Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Berlinale'nin "Qızıl ayı"sı Macarıstana getdi


Berlin Film Festivalında macar rejissor Ildikó Enyedi.
Berlin Film Festivalında macar rejissor Ildikó Enyedi.

67-ci Berlin Kino Festivalının mükfatlarının təqdimetmə mərasimi dünən fevralın 19-u baş tutub. Festivalın baş mükafatı olan "Qızıl ayı" macar rejissoru Ildikó Enyedi'yə sevgi əhvalatından bəhs edən "Testről és lélekről" ("Bədən və ruh haqda") filminə görə verilib. Bu haqda Berlinalenin saytında məlumat verilir.

Rejissor Ildikó Enyedi deyir ki, film "əvvəlcə təkbaşına, sonra isə birlikdə emosional və fiziki ehtiraslar aləmini kəşf edən cütlüyün həyatından bəhs edir". Filmdə hadisələr Budapeşt şəhərində baş verir.

Berlin film festivalının baş mükafatı "Qızıl ayı"ya layiq görülmüş Ildikó Enyedi'nin "Bədən və ruh haqda"​ filminin treyleri.

Münsiflətin qran-pri mükafatı isə Seneqal mənşəlli fransız rejissoru Alain Gomis'in "Felicite" filminə verilib. Filmdə Kinşasadan olan müğəni qadının qəzaya düşüb xəstəxanya aparılmış oğlunun sağalması üçün üçün cəsur mübarizəsindən bəhs edir.

Buna da bax: Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...

Festivalın ikinci dərəcəli mükafatı "Gümüş ayı" isə fin rejissoru Aki Kaurismäki'yə "Ümüdün o biri üzü" filminə görə verilib. Film Avropa kinomatoqrafiyasında son dövr çox yayılmış qaçqınlar mövzusuna həsr olunub. Kaurismäki'nin özünəməxsus komik və humanizm stilində çəkdiyi film Finlandiyada yaşan suriyalı qaçqınla finlaniyalı restoran sahibinin aralarında baş verən əhvalatdan bəhs edir. Xatırladaq ki, 59 yaşlı Aki Kaurismäki elə bu festivalda pərəstişkarlarına pis xəbəri də vermiş, festivaldan sonra kariyerasını bitirəcəyini elan etmişdi.

Cənubi Koreyadan olan aktrisa Kim Minhee Berlin film festivalının gümüş mükafatını alır.
Cənubi Koreyadan olan aktrisa Kim Minhee Berlin film festivalının gümüş mükafatını alır.

Berlinaledə ən yaxşı aktrisaya verilən "Gümüş ayı" mükafatı Cənubi Koreyada çəkilmiş "Gecə qumsalda tək" filminə görə Kim Minhee'yə verilib. Film evli rejissorun aktrisa ilə yaşadığı sevgi macərasından bəhs edir.

Buna da bax: Sovet Gürcüstanı haqda film çəkmiş rejissor "Berlinale"də iştirakından danışır

Festivalın "Alman kinosu" bölümündə iştirak edən üç alman filmindən ancaq biri, türk əsilli alman rejissor Thomas Arslan'ın çəkdiyi "Helle Nächte" (Aydın gecələr) filminin baş rolunu oynayan Georg Friedrich ən yaxşı aktyor roluna görə aldı.

Festivalın "Panorama" bölümündə iştirak edən filmlər arasında isə "Ən yaxşı film" mükafatını "Estiu 1993" (Yazı 1993) adlı ispan filminə görə rejissor Carla Simon alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG