Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:40

Məşhur fin rejissoru Kaurismäki kino kariyerasına son verəcəyini deyir


Rejissor Aki Kaurismäki.
Rejissor Aki Kaurismäki.

Məşhur filn rejissoru Aki Kaurismäki kariyerasını bitirməyə qərar verib. Bu haqda o Berlinale film festivalında "Yle" qəzetinə müsahibəsində bildirib.

"Mən yorulmuşam. Axır ki, həyatımı yaşamağa başlamaq istəyirəm" - deyə Kaurismäki jurnalistin sualına cavab verib. "Əlbəttə bundan öncə də belə bəyanatlar vermişəm, amma bu dəfə fikrim qətidiri" - deyə o əlavə edib.

Aki Kaurismäki Berlin film festivalına yeni filmi "Ümüdün o biri üzü" ilə qatılıb. 59 yaşlı rejissor bu filminin son ola biləcəyini bildirib.

Buna da bax: Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...

Bundan öncə də Kaurismäki 1994-cü ildə Berlin film festivalında iştirakı zamanı polşalı həmkarı Krzysztof Kieślowski ilə birgə kariyerasını bitirəcəyini demişdi, ancaq sonradan o yeni filmlər çəkməyə davam etdi.

Dünyaca məşhur fin rejissoru Aki Kaurismäki indiyə kimi 18 tammetrajlı film çəkib. Onun filmləri "Oscar"a da namizəd olub. O hətta bir dəfə ABŞ-ın xarici siyasətinə etiraz olaraq "Oscar" mükafatının təqdimetma mərasimində iştirakdan imtina etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG