Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Səhiyyə Nazirliyində korrupsiyaya ilə mübarizə tədbirlərinin gücləndirilməsinə dair əmr imzalanıb. Xəbəri nazirliyin mətbuat xidməti yayıb.

Sənəd «Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə» adlanır.

Əmrdə nazirliyin tabeliyində olan idarələrin rəhbərlərinə tapşırılır ki, dövlət proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarət təmin edilsin.

Bununla yanaşı, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsindən ötrü tədbirlərin görülməsi tapşırılır.

Tapşırığa əsasən, səlahiyyətli şöbə və sektor rəhbərləri tibbi xidmətin göstərilməsi ilə əlaqədar neqativ hallar barədə daxil olan şikayətləri daha ciddi araşdırmalıdırlar.

Əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG