Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:01

Bahalaşma davam edir


Supermarket

Bu ilin yanvarında qeyri-ərzaq məhsullarının qiymətləri ötən ilin dekabr ayına nisbətən 2 faiz bahalaşıb.

Bir il əvvələ nisbətən isə 12.3 faiz bahalaşma baş verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb.

NƏ NƏ QƏDƏR BAHALAŞIB

Parçalar 22.7, geyim 17.9, ayaqqabılar 19.6, inşaat materialları 9.3, mebel və ev əşyaları 7.7 faiz bahalaşıb.

Bundan başqa, xalça, digər döşəmə örtüklərinin 16.4, məişət cihazlarının 9.4, kiçik elektrik cihazlarının 12.5, şüşə məmulatları, yemək qabları və əşyalarının da 18.1 faiz bahalaşdığı bildirilir.

Evə qulluqda lazım olan məhsulların (mebellərə qulluq etmək, unitaz və vannaların təmizlənməsi, qabların yuyulmasından ötrü vasitələr) da 27.8 faiz bahalaşdığı deyilir.

Habelə, müalicə ləvazimatları 11, minik avtomobilləri 9.6, velosipedlər 15.5, minik avtomobillərinin ehtiyat hissələri 12.2, telefon aparatları 9.3, foto-kino avadanlıqları və optik cihazlar da 11.2 faiz bahalaşıb.

DİGƏR BAHALAŞMA…

Məlumatın işlənməsindən ötrü avadanlıqlar (kalkulyator, fərdi kompyuter, noutbuk, planşet) 7.1 faiz, oyuncaqlar 15.7 faiz, açıq havada idmanla, turizmlə məşğul olmaq və istirahət etməkdən ötrü əşyalar 11.7 faiz bahalaşıb.

Kitabların 7.2, qəzetlərin, dövri nəşrlərin 3.6, dəftərxana ləvazimatlarının 18.7, şəxsi gigiyena əşyalarının, fenlərin 17.4 və zərgərlik məmulatlarının da 16.2 faiz bahalaşdığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG