Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:46

İş, ev, çörək, televizor...


Rəşid Şərif.
Rəşid Şərif.

Amil Məmibəyli

Şeirlər

Amil Məmibəyli.
Amil Məmibəyli.

Görünməyən yerdən vurulan zərbələr kimi

evin görünməyən yerindən

göy otlar çıxar, göy otlar göyərər,

vicdan məhbuslarının evində.

Oboyların dərisi saralar, soyulub tökülər.

Qab-qacaq, ən ağır işgəncəni çəkirmiş kimi

tavanın altda başına su damcılıyar.

Günəş belə qorxar evə düşməyə,

heç vaxt görünməyən,

qorxaq həşəratlar belə üzə çıxar,

hər yeri basar və nəhayət...

Qaysaq bağlamış yara kimi

döyülmüş, çırpılmış qapının

möhürlənmiş möhürü quruyub qopar, düşər.

Ancaq yarı sağalmaz, azadlığın yarası.

***

İş, ev, çörək, televizor.

İş, ev, çörək, televizor.

İş, ev, çörək, televizor.

İş, ev, çörək, televizor.

İş, ev, çörək, televizor.

Ev, çörək, televizor.

Ev, çörək, televizor.

.

Ev, çörək, televizor.

Ev, çörək, televizor.

Ev, çörək, televizor.

Ev, çörək, televizor.

Ev, çörək, televizor.

Ev, televizor.

Ev, televizor.

Ev, televizor

Ev, televizor.

Ev, televizor.

Ev, televizor.

Ev, televizor.

Ev.

Ev.

.

Ev.

Ev.

Ev.

Ev.

Ev satılır.

Ev satılır.

.

Çörək.

Çörək.

Çörək.

Çörə.

Çör.

Çö.

Ç.

Buna da bax: Allahın şeytan sanıb bizə atdığı daşlar...

***

İnsanların üzərində pul olmayandan sonra başlayır,

pulun üzərində insan şəkili çap etmək.

***

Qız övladı istəməyən ataların kafеsində belə yazılır

- Ofisiant qız tələb olunur.

***

Mən, saatı 1 manat olan dayanacağam.

Altımda kanalizasiya boruları,

üstümdə azadlıq meydanı var.

Altımdan şəhərin bütün pox-püsürü,

üstümdən tanklar və "şumaxer"-lər keçir

və adət eləmiş dilənçilər kimi

tez-tez soruşurlar məndən.

- bağışlayın, bəlkə üstünüzdə iyirmi adam ola.

***

Tutub əllərini, qatlayıb arxasına,

qandal vuracaqdılar qollarına.

Dünən isə əlləri

gül tutmuşdu arxasında.

***

O qədər güllə az imiş kimi

bu dəfə güllə ruhuna dəydi.

Doldur...Diqqət...Atəş.

***

Üstümə şər,ciblərimə şey,

sözlərimə şeir atın.

Buna da bax: Dünyanda nəyi dəyişə bildin ki, deyək: hə, dəyişdi dünyasını

***

Nə zalımdı bu dünya Tanrım.

Kiminsə əlinə düşməmək üçün

kiminsə ayaqlarına düşmək lazım.

***

Bəlkə...bəlkə onda qədrini bilə.
Qəfil ağaclar adamlara,adamlar ağaca çevrilə.

Ağaclar yeriyə,ağaclar danışa.
Süni dekorativ adamlar çıxardılıb yerindən,
ən dərinə gedəcək,köklü adamlar becərilə.
"İnsanlığı kəsməyin" deyə,

ağaclar toplaşa,meşələr mintinq eliyə.
İnsanlıq əkilə hər yanda,

xalq salına hər yerdə.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG