Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Fevralın 17-si balıqçıların Ələt ərazisində dənizdən bir cəsəd tapdıqları bildirilir.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin həmsədri Mirvari Qəhrəmanlı xəbər yayıb.

Cəsədin itkin düşən neftçilərdən birinə aid olub-olmadığı bilinmir. Məsələ ilə bağlı rəsmi qurumlar, hələlik, məlumat yaymayıblar.

Buna da bax:​ İtkin neftçilərdən birinin meyiti tapılıb?

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən birinin meyiti bu ayın əvvəllərində tapılıb. 8 neftçidən, hələ də xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG