Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Bu ilin yanvarında 199,5 milyon manatlıq neft məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2 faiz azdır.

Avtomobil benzini istehsalı isə artıb

Buna da bax:​ ÜDM-in məbləği artıb, amma...

Komitənin məlumatına görə, neft məhsullarından ağ neftin istehsalı 7,9 faiz, yanacaq mazutunun istehsalı 28,5 faiz, dizel yanacağının da istehsalı 17,5 faiz azalıb.

Avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

Ekspertlər Azərbaycanda neft məhsullarının istehsalının azalmasını mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, Azərbaycan əksər neft məhsullarını ilə özünü təmin etməlidir.

Buna da bax: Azərbaycan neft hasilatı öhdəliyinə sadiq olduğunu bildirir

Azərbaycana “Premium Euro-95" və “Super Euro-98” markalı benzin idxal olunur. Həmin benzinin də qiymətləri son vaxtlar bahalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG