Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 16:16

Bu ilin yanvarında 5 milyard 233,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM-in) istehsal edilib.

Bu əvvəlki ilin eyni dövrünə nisbətən 0,8 faiz çoxdur

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, əlavə dəyərin 47,7 faizi sənayedə, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat, anbar təsərrüfatı, 6,8 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində istehsal edilib.

Buna da bax:​ Azərbaycan iqtisadiyyatı 10 il geriyə qayıdıb

Bundan başqa, 2,5 faiz turistlərin yerləşdirilməsi, ictimai iaşə, 1,6 faizi informasiya, rabitə, 15,9 faizi isə digər sahələrin payına düşür.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edib.

Amma adambaşına ÜDM azalıb

Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olub. Adambaşına düşən ÜDM keçən ilin yanvarı ilə müqayisədə

0.3 faiz azalıb

Hökumət ölkədə ÜDM-in 61,4 milyard manat təşkil edəcəyini proqnozlaşdırıb. Bu 1 faiz artıma ümid etməkdir.

Buna da bax: Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

Hökumətin proqnozuna görə, 2018-2020-ci illər ərzində artım tendensiyası davam edəcək.

2020-ci ildə ÜDM-nin real artım tempinin 2,4 faiz olacağına ümid edilir.

Neft hasilatı 4.2 faiz azalıb

Sənayedə isə yanvarda 3,5 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz çox məhsul istehsal edilib.

Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma, 22,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 4,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,3 faiz artıb.

Buna da bax:​ Gürcüstan adambaşı ÜDM-ə görə Azərbaycanı ötə bilər

Qida istehsalı azalıb

Emal sektorunda içkilər 32,4 faiz, toxuculuq sənayesi məhsulları 2,6 dəfə, geyim istehsalı 3 dəfə, ağac emalı, ağacdan məmulatların istehsalı 65,2 faiz, kağız, karton istehsalı 17,4 faiz, tikinti materiallarının istehsalı da 2,4 dəfə artıb.

Bundan başqa, metallurgiya sənayesi məhsullarının, kompüter, elektrik avadanlıqları və mebel istehsalında da artım olduğu bildirilir.

Amma, qida məhsulları, tütün məmulatları, ayaqqabıların, poliqrafiya, neft məhsulları, maşın və avadanlıqların istehsalının azaldığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG