Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 15:50

Türkiyə ilə Azərbaycan ticarətin milli valyutalarla aparılmasını müzakirə edir


Türk lirəsi

«Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin yenidən artırılması zəruridir».

APA-nın xəbərinə görə, bunu İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib.

Çıxışına «hər şeyin təzəsi, dostun köhnəsi» sözləri ilə başlayan nazir dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Türkiyə iqtisadiyyatının 2009-cu ildən 2016-cı ilin III rübünə qədər sabit şəkildə inkişaf etdiyini bildirib. O, keçən ilin III rübündə baş verən iqtisadi azalmanın ümumilikdə dünyadakı qeyri-stabil vəziyyətdən irəli gəldiyini vurğulayıb.

F.Özlü 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəsinin azalaraq 2.4 milyard dollara düşdüyünü qeyd edib. Nazir bu istiqamətdə müxtəlif səpkili müzakirələrin aparıldığını qeyd edib. Bunlardan biri də ticarət dövriyyəsinin milli valyutalarda aparılmasıdır: «2016-cı ildə Türkiyənin xarici ticarət dövriyyəsinin 6.5 faizi türk lirəsi ilə həyata keçirilib. Bu rəqəmi daha da artırmaq istəyirik».

Nazir milli valyutalarla ticarətin aparılacağı təqdirdə iş adamlarının məzənnə fərqlərindən zərər görməməsindən ötrü lazımi qərarların qəbul ediləcəyini bildirib

Fevralın 17-si İstanbulda V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu işə başlayıb.

Biznes-forumda məqsəd iqtisadiyyatın bütün sahələri üzrə Azərbaycan, Türkiyə və Gürcüstan iş adamları arasında yeni əlaqələrin və əməkdaşlığını qurulmasıdır.

Foruma Azərbaycandan 50-yə yaxın işadamının qatıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG