Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:28

Ali Məhkəmə Xədicə İsmayıla yox dedi


Xədicə İsmayıl

Ali Məhkəmə araşdırmaçı jurnalist Xədicə İsmayılın Cinayət Məcəlləsinin (CM) 192-ci maddəsi (qanunsuz sahibkarlıq) ilə təyin olunmuş cəzadan azad olunmasından imtina edib.

Qərar fevralın 16-da keçirilən iclasda elan olunub.

Bu haqda jurnalistin vəkillərindən Fariz Namazlı məlumat verib.

Vəkilin bildirdiyinə görə, qanunvericiliyə edilən və ötən ilin iyunundan qüvvəyə minən dəyişiklikdən sonra CM-nin 192-ci maddəsinin dispozisiyası konkretləşdirilib.

Buna da bax:​ AŞPA məruzəçisinin Bakı görüşləri [yenilənib]

Əvvəl həmin maddədə ümumilikdə “dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərmək”dən bəhs olunurdu. Dəyişiklikdən sonra isə konkret göstərilib ki, söhbət vergi uçotuna alınmadan və ya lisenziya almadan göstərilən sahibkarlıq fəaliyyətindən gedir. Jurnalistika isə lisenziyalı fəaliyyət növü deyil.

X.İsmayıla CM-nin 192.2.2-ci maddəsi ilə verilən ittihamda isə qeyd edilir ki, o, Azərbaycanda akkreditasiyadan keçmədən AzadlıqRadiosu-nda çalışıb, 2010-2014-cü illərdə 79 min 480 manat gəlir əldə edib.

Ali Məhkəmədən qanunvericiliyə dəyişikliyi nəzərə alaraq, X.İsmayılın CM-nin 192-ci maddəsi ilə təyin olunmuş cəzadan azad edilməsi istənilib.

Buna da bax: Xədicə İsmayıl: 'Geri çəkiləcəyimdən qorxurdum'

Ancaq hakimlər kollegiyası Apellyasiya Məhkəməsinin şikayət üzrə qərarını əsaslı hesab edərək, kassasiya şikayətini rədd edib.

Həmin qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət olunacaq.

Xatırlatma

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi.

Buna da bax:​ Qılıcov Xədicə İsmayılın şikayətini təmin etmədi

Lakin jurnalist, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Ardınca Bakı Ağır Cinayətlər Məhkəməsinə 192-ci maddə ilə ona təyin edilmiş cəzadan və cinayət məsuliyyətindən azad olunmasından ötrü ərizə ilə müraciət etmişdi. Lakin X.İsmayılın ərizəsi qismən təmin olunmuşdu.

Məhkəmə belə nəticəyə gəlmişdi ki, qanunsuz sahibkarlıq ittihamına xitam verilməməlidir. Çünki dəyişikliklərdən sonra da söhbət təkcə vergi uçotuna qeydə alınmadan yox, ümumiyyətlə, dövlət orqanında qeydə alınmadan sahibkarlıq fəaliyyətindən gedir.

Buna da bax:​ Xədicə İsmayılın 29 min manatlıq tələbi təmin olunmadı

Ancaq dəyişiklikdən sonra bu maddə üzrə külli miqdarın 100 min manatdan yuxarı məbləğə aid edildiyini nəzərə almışdı. Jurnalistə verilən ittiham 192.2.2 maddədən 192.1-ci maddəyə tövsif olunmuş, bu maddə ilə ona verilmiş 3 illik cəza 4 aya endirilmişdi.

Cəzaların hesablanması zamanı jurnalistə CM-nin 213-cü (vergidən yayınma) maddəsi ilə də təyin olunmuş 2 il cəza bu dəfə nəzərə alınmış, X.İsmayıla qəti olaraq 2 il 3 ay şərti cəza hesablanmışdı.

Həmin qərardan verilən şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG