Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 07:54

Hərbi liderlər görüşüb


Azerbaijan -- The Heydar Aliyev Centre in Baku - Jul2014

Fevralın 16-da Bakıda Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi, general Joseph Dunford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilib.

“Turan” Agentliyi xəbər verir ki, görüş Heydər Əliyev Mərkəzində baş tutub.

Buna da bax:​ Rusiya Müdafiə Nazirliyi Pentaqona cavab verdi

İki hərbi liderin görüşündə hərbi fəaliyyət sahəsində təhlükəsizliyin möhkəmləndirilməsi, gərginliyin zəiflədilməsi və risqlərin azaldılması məsələlərinin müzakirə mövzusu olduğu bildirilir.

Tərəflərin əlaqələrin davam etdirilməsi, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizlik məsələlərinə də diqqət ayırdıqları bildirilir

Görüşlə bağlı Rusiya tərəfi də açıqlama verib.

Buna da bax:​ Zakir Həsənov ABŞ və Rusiyanın hərbi liderləri ilə görüşüb

“Hərbi fəaliyyətin təhlükəsizliyinin yaxşılaşdırılması, gərginliyin və risklərin azaldılması üçün birgə iş istiqamətləri müəyyənləşdirilib”, Rusiya tərəfinin rəsmi açıqlamasında qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG