Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:47

Rusiya Müdafiə Nazirliyi Pentaqona cavab verdi


Sergei Shoigu

“Rusiyanın müdafiə nazirliyi Pentaqonla əməkdaşlığı bərpa etməyə hazırdır, amma dialoqu Rusiyaya qarşı güc mövqeindən qurmaq cəhdi mənasızdır”.

Belə bir bəyanatla, Rusiyanın müdafiə naziri Sergei Shoigu Pentaqonun rəhbəri Ceyms Mattisin Rusiya ilə bağlı dediklərinə münasibət bildirərkən çıxış edib.

James Mattis fevralın 15-də bildirib ki, Rusiya iləmünasibətlərdə kəksin mövqedən çıxış etmək lazımdır.

Mattis bunu NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşündə çıxış edərkən deyib.

Shoigu isə deyib ki, Rusiya tərəfi Pentaqonun münasibətilə bağlı aydınlıq gözləyir.

Shoigu belə bir bəyanatla Fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri Joseph Dunford-un Bakıda rusiyalı həmkarı Valery Gerasimov-la görüşündən bir neçə saat əvvəl çıxış edib.

Onu da qeyd edək ki, elə həmin gün Azərbaycan prezidenti İlham Əliyev general Joseph Dunford-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG