Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 17:30

Yanvarda ixrac idxaldan 354 milyon dollar çox olub.

Bu ilin ilk ayında Azərbaycanın xarici ticarətinin həcmi 1 milyard 254 milyon 680.26 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2015-ci ilin oxşar dövrünə nisbətdən 16.79 faiz çoxdur.

Komitənin açıqlamasına görə, idxalın həcmi 450 milyon 52.27 min ABŞ dolları olub. Bu da 3.64 faiz artım anlamına gəlir.

Buna da bax:​ Azərbaycanın pomidor ixracatçıları 'qırmızı xətti' keçdi

Müsbət saldo

İxrac isə 804 milyon 627.99 min ABŞ dollarına (25.71 faiz artım) bərabər olub. Nəticədə 354 milyon 575 min dollardan çox müsbət saldo əmələ gəlib.

İxracda yenə əsas neftdir

İxracda əsas yeri xam neft tutur – 82.49 faiz.

Bundan başqa, Azərbaycandan kənara satılan mallar arasında təbii qaz – 3.35, meyvə-tərəvəz 2.99, neft məhsulları 2.68 faiz yer tutub.

Buna da bax:​ 'Dollar düşür, mallar niyə ucuzlaşmır?' sualına 'Azərsun'dan cavab

Azərbaycanın aldığı məhsullarda - idxalda isə əsas yeri maşınlar, elektrik aparatları və avadanlıqları tutur - 23.81 faiz.

Yeyinti məhsulları idxalda 17, qara metallar və onlardan hazırlanan məmulatlar 10.03 faiz təşkil edib.

Xarici ticarətdə müsbət saldo manatın məzənnəsini qorumaqdan ötrü vacib göstəricidir. Yəni, bu o anlama gəlir ki, ölkəyə daxil olan valyuta çıxandan çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG