Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:01

ABŞ və Rusiya nazirləri görüşürlər


Rex Tillerson

Bu gün—fevralın 16-da ABŞ-ın dövlət katibi Rex Tillerson Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşür. Görüş Almaniyanın Bonn şəhərində keçiriləcək. D.Trump prezident kürsüsünə əyləşəni ABŞ və Rusiya arasında ilk dəfədir belə yüksəksəviyyəli görüş olur.

Rusiya XİN-nin sözçüsü Maria Zakharova toplantıda konkret nələrin müzakirə ediləcəyini açıqlamayıb. Sadəcə, «əvvəlki administrasiyanın dalana dirədiyi» ikitərəfli münasibətlərdən danışılacağını deyib.

Bu gün eyni zamanda Bakıda ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Joseph Dunford-un rusiyalı həmkarı—Rusiya Federasiyasının baş qərargah rəisi Valery Gerasimov-la görüşü nəzərdə tutulub.

J.Dunford-un ofisindən verilən məlumatda deyilir ki, görüşdə ABŞ və Rusiyanın indiki hərbi əlaqələri və mümkün problemləri önləməkdən ötrü vacib olan əməkdaşlıq məsələləri müzakirə ediləcək.

XS
SM
MD
LG