Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 16:16

Attaşelər Hərbi Akademiyada olublar


Müdafiə nazirliyi.

Azərbaycanda akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri ediblər.

Bu haqda Müdafiə nazirliyinin mətbuat xidməti xəbər verir.

Mətbuat xidməti səfərin nazir Zakir Həsənovun təsdiqlədiyi illik fəaliyyət planına əsasən reallaşdırıldığını bildirir.

Buna da bax:​ Attaşelər hava qüvvələrində olublar

Səfərdə on beş dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələri iştirak edib. Onlar akademiyanın tədris fəaliyyəti ilə tanış olublar. Attaşelərə təhsil müəssisəsi haqqında brifinq təqdim edilib, sualları cavablandırılıb.

XS
SM
MD
LG