Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 20:48

Edgars Rinkēvičs: ‘Biz ərazi bütövlüyü prinsipinə sadiqik…’


Latviya xarici işlər naziri (Edgars Rinkēvičs) Edwards Rinkevicius.

Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi barədə razılıq əldə olunub.

APA-nın xəbərinə görə, fevralın 13-də "Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında" saziş imzalanıb. Sənədə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov Edgars Rinkēvičs imza atıblar.

“Azərbaycan-Latviya münasibətləri strateji xarakter daşıyır”.

Buna da bax:​ İlham Əliyev: 'Gələcəkdə Latviya ilə investisiyalar artırılmalıdır'

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Latviyalı həmkarı Edgars Rinkēvičs görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, bu il həmçinin yüksək səviyyədə danışıqlar aparılacaq.

Nazir görüşdə Avropa Birliyi (AB) çərçivəsində əməkdaşlığın müzakirə edildiyini də deyib. “AB ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqlar başlayır. Azərbaycan 9 AB ölkəsi ilə strateji tərəfdaşdır. Bu yeni saziş strateji tərəfdaşlıq üçün yaxşı baza yaradır”.

Buna da bax: M.Janelidze: 'Rəqəmlər pozitiv deyil'

Edgars Rinkēvičs isə deyib ki, Azərbaycanla Latviya arasında intensiv dialoq aparılır".

Nazir Latviyanın Avropa Birliyi ilə Azərbaycan arasında yeni sazişin imzalanmasını istədiyini bildirib: "Hesab edirik ki, tərəflər arasında münasibətlər strateji əməkdaşlığa əsaslanmalıdır. Biz "Şərq tərəfdaşlığı" çərçivəsində sammitə hazırlaşırıq. Tam əmin deyilik, amma çalışacağıq ki, o sammitə kimi bu sənəd imzalansın".

Azərbaycan xarici işlər naziri isə münaqişələrə toxunub:

“Latviya Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu, hazırkı çağırışlar və təhdidlər baxımından son dərəcə vacibdir”, - deyə E. Məmmədyarov vurğulayıb.

Buna da bax:​ Azərbaycan və AB arasında yeni sazişin detalları açıqlanıb

Edgars Rinkēvičs isə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll oluna bilər. “Biz ərazi bütövlüyü prinsipinə sadiqik və ATƏT-in Minsk qrupu tərəfindən aparılan danışıqlar prosesini dəstəkləyirik”.

Azərbaycanda səfərdə olan Latviya xarici işlər naziri Edgars Rinkēvičs-i bir gün əvvəl, fevralın 12-də prezident İlham Əliyev qəbul etmişdi.

Latviya və Azərbaycan keçmiş SSRİ respublikalarındandır. Latviya artıq Avropa Birliyinin və 2004-cü ildən NATO-nun üzvüdür. Azərbaycan isə Avropa Birliyi ilə iki tərəfli əməkdaşlığa üstünlük verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG