Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 21:17

Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb


Ədliyyə nazirliyi Penitensiar xidmətinin binası

Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb.

Probasiya xidməti dedikdə azadlıqdan məhrumetmə cəzasını əvəz edən cəzalar başa düşülür.

Buna da bax:​ Azərbaycanın da Seattle məhkəməsi ola bilərmi? [video]

Sənəddə, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Baş Prokurorluğa tövsiyələr, Ədliyyə nazirliyinə tapşırıq

Sərəncamla Ali Məhkəməyə, Baş Prokurorluğa tövsiyələr, Ədliyyə nazirliyinə tapşırıq verilib.

Söhbət, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə xüsusilə iqtisadi sahədə cinayətlərin dekriminallaşdırılması, sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və bu istiqamətlərdə qanun layihələrini hazırlayıb iki aya prezidentə təqdim etməkdən gedir.

Buna da bax:​ Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir

Həmçinin Ədliyyə Nazirliyi Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini də Baş Prokurorluq ilə həmin müddətə prezidentə verməlidirlər. Məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsi isə hazırlanıb iki ay müddətində təqdim edilməlidir.

Məhkəmələrə tövsiyə olunub ki,…

Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar. Bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar. Cəzanın növünü, həddini müəyyən edərkən onun sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar.

Buna da bax:​ Qrant verilməsi qaydalarına dəyişiklik olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə tapşırılıb ki, Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etsinlər.

Multimedia

XS
SM
MD
LG