Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

Azərbaycanın da Seattle məhkəməsi ola bilərmi? [video]


İlham Əliyevin Avropa Parlamentinin sədri ilə görüşü təxirə salındı
Gözlə

No media source currently available

0:00 0:14:41 0:00

İlham Əliyevin Avropa Parlamentinin sədri ilə görüşü təxirə salındı [video]

ABŞ-da məhkəmə prezidentin fərmanının icrasını müvəqqəti dayandırdı. Prokurorlar bəyan etdilər ki, “heç kim, hətta prezident də qanundan yuxarıda ola bilməz”.

Bəs, Azərbaycanda necə? “Qanun şahdır, şah qanun yox” - bu deyim nə qədər realdır. Azərbaycan məhkəmələri də yüksək vəzifəli məmurların hansısa qərarının icrasını müvəqqəti də olsa dayandıra bilərmi?

İsmayıllıdan bir hakim Şükür Məmmədli 1999-cu ildə Bələdiyyə seçkilərinin nəticəsini ləğv edir bu qərarından bir neçə müddət sonra onun özünün hakimlik statusuna xitam verilir. Müstəqil ekspertlər bildirirlər ki, Azərbaycanda bacarıqlı hakimlər var. Amma sistem onların ədalətli qərarlar çıxarmalarına mane olur.

Buna da bax:​ Federal Məhkəmə Trump-ın sərəncamını müvəqqəti ləğv etdi

"FƏRMANIN İCRASI MÜMKÜN DEYİL"

Donald Trump Apellyasiya Məhkəməsində qalib gələcəyinə inamlı idi. Amma məhkəmə Trump administrasiyasına 'yox' dedi. Söhbət immiqrasiya fərmanının müvəqqəti dayandırılması ilə bağlı qərara yuxarı instansiyada baxılmasından gedir. Yanvarın 20-də and içib, səlahiyyətlərinə başlayan ABŞ-ın yeni prezidenti Donald Trump cəmi bir həftə sonra 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a buraxılmasını qadağan edən fərman verdi. Bununla da Amerikanın təhlükəsizliyini gücləndirdiyini bəyan etdi.

Minnesota və Vaşinqton ştatları məhkəmədə iddia qaldırdılar ki, məhkəmə qərarı olmadan prezident fərmanı icra oluna bilməz. Seattle federal məhkəməsinin hakimi James Robart fevralın 3-də verdiyi qərarla bu iddianı təmin etdi. Fərmanın icrası qadağa məsələsinə məhkəmədə baxılıb qurtaranacan dayandırıldı. Donald Trump bu qərarı gülünc adlandırıb. Məhkəməyə müraciət etsə də Apellyasiya məhkəməsi qərar verdi ki, fərmanın icrasının bərpası hələ ki mümkün deyil, immiqrasiya qadağasına məhkəmədə baxılmalı, son qərar verilməlidir.

Buna da bax: Apellyasiya Məhkəməsi də Trump adminstrasiyasına 'yox' dedi

"AZƏRBAYCAN HAKİMLƏRİNİN CƏSARƏTİ YOXDUR"

Hüquqşünas Xalid Bağırov deyir ki, bu, müstəqil məhkəmə sistemi necə olur, ona bariz nümunədir. Xalid Bağırovun fikrincə, Azərbaycan məhkəmələrində psixoloji baryer hökm sürür:

“Yəni, Azərbaycan hakimlərin nəinki prezidentin fərmanını, heç Milli Məclisin qəbul etdiyi qanunların qüvvədən düşməsi haqda qərar vermək səlahiyyəti yoxdur. Bununla bağlı dəfələrlə təcrübədə də üzləşmişik. Konstitusiya məhkəməsinə qanunvericiliyə edilən hər hansı dəyişikliyin Konstitusiyaya zidd olması haqda müraciət etmişik. Məhkəmə öz şərh hissəsində qeyd edib ki, bəli, həqiqətən də bu, qanunvericiliyə ziddir. Amma qərar qəbul edib ki, Milli Məclisə bu məsələyə baxılması tövsiyə edilsin”.

Xalid Bağırov düşünür ki, müstəqil və qərərsiz məhkəmə hakimiyyəti olmayan ölkələrdə ümumiyyətlə ədalət mühakiməsindən danışmaq yersizdir.

Buna da bax:​ Məhkəmə işlərinin 82 faizi kredit borclarına görədir

Bəs Bakı sakinləri necə fikirləşir, Azərbaycanda hakimlərin çıxardığı qərarlar nə qədər ədalətlidir?

Azərbaycanda məhkəmə qərarları ədalətli olurmu?
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

Beynəlxalq və yerli hesabatlarda Azərbaycan məhkəmələrinin, özəlliklə, siyasi işlərdə sifarişlə qərarlar verdikləri bildirilir. Belə qərarlar çıxaranlar arasında hakim Ənvər Seyidov, Eynulla Vəliyev, Ramella Allahverdiyeva və digərləri sosial şəbəkələrdə tez-tez tənqid olunurlar.

Elə adi vətəndaşların işlərində də məhkəmələrin ədalətsizlik etdiyi, hətta rüşvət aldığı barədə mətbuatda çox yazılır, məhkəmə hökmlərinə etiraz olaraq intihar edənlərin olduğu qeyd edilir.

Buna da bax:​ Hakimiyyət insan haqları ilə bağlı öhdəliklərə əməl etmir

Azərbaycanın Ədliyyə nazirliyi və digər rəsmilər bu ittihamları rədd edirlər. Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olduğunu bildirirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG