Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 14:52

Apellyasiya Məhkəməsi də Trump adminstrasiyasına 'yox' dedi


Donald Trump, 1 fevral 2017

ABŞ-da Apellyasiya Məhkəməsi ƏdliyyəNazirliyinin Federal Məhkəmənin prezident Donald Trump-ın imiqraisya fərmanınımüvəqqəti dayandırması ilə bağlıhökmündən verdiyi şikayəti təmin etməyib.

Bu barədə Reuters məlumat yayıb.

Ədliyyə Nazirliyi apellyasiya verəndən sonra prezident Trump bəyan etmişdi ki, adminstrasiyasının qələbəsinə əmindir.

Donald Trump Tvitter hesabında fərmanının icrasını dayandıran hakim Ceyms Robartı “hakim deyilən şəxs”, onun qərarını isə“gülməli” adlandırıb.

Appelyasiya ərizəsində nazirlik göstərmişdi ki, məhkəmə qadağası prezident qərarını“şübhəyə uğradır”, sərəncamların icra mexanizmini “pozur”.

Trump-ın imiqrasiya sərəncamınınəleyhdarlarından biri olan Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson deyib ki, sərəncamın dayandırılması qərarı ABŞKonstitusiyasına söykənib və kimsə, hətta prezident belə qanundan yüksəkdə dayana bilməz.

ABŞ Ədliyyə Nazirliyinin narahatlığı

ABŞ-ın Ədliyyə Nazirliyi Federal Məhkəmənin prezident Donald Trump-ın imiqraisya fərmanını müvəqqəti dayandırması ilə bağlı hökmündən təcili appelyasiya verib.

Donald Trump Tvitter hesabında fərmanının icrasını dayandıran hakim Ceyms Robartı “hakim adlandıran şəxs”, onun qərarını isə “gülməli” adlandırıb.

Appelyasiya ərizəsində nazirlik göstərib ki, məhkəmə qadağası prezident qərarını “şübhəyə uğradır”, sərəncamların icra mexanizmini “pozur”.

Trump-ın imiqrasiya sərəncamının əleyhdarlarından biri olan Vaşinqton ştatının baş prokuroru Bob Ferqyuson deyib ki, sərəncamın dayandırılması qərarı ABŞ Konstitusiyasına söykənib və kimsə, hətta prezident belə qanundan yüksəkdə dayana bilməz.

Günün bütün mövzuları

XS
SM
MD
LG